Xalqa çağırış: “Qurban ətini bişirərkən odundan istifadə etməyin”


Nigeriyada dövlət tərəfindən Qurban bayramı münasibətilə xalqa qəribə çağırış edilib.

Musavat.com xəbər verir ki, Nigeriyanın sürətlə çölləşməsinin qarşısını almaq, qalan yaşıllığı yox olmaqdan qorumaq üçün dövlət xalqa çağırış edib.

Onlar əhalinin mümkün qədər qurban əti bişirərkən odundan istifadə etməməyə səsləyib.
Qurban bayramında paytaxt Niameydə normalda istifadə oluna nodunun beşdə birindən istifadə olunacaq.

Bayramda Niameydə kəsiləcək 400 min qoyuna 50 min ton odun yandırılacağı gözlənilir.
Ətraf mühitin qorunmasını təmin edən qurumun rəhbəri Omarou Alou odun atəşi yerinə kömürdən istifadəni məsləhət görür.

_103056493_gettyimages-603213278.jpg (46 KB)

Eyni zamanda şəhərə həddindən artıq odun daşıyan yük maşınları, eşşək arabaları və dəvələrin hərəkətinə qadağa qoyulacağını da bildirib.
Alou həyatakeçirdikləributədbirlərinköməyiləyaşıllığınazalmasınıəngəlləyəcəklərinəümidetdiklərinisöyləyib.

Məleykə

Tarix: 18-08-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti