Çin Rusiyaya ordu göndərir – İki nəhəngin savaş hazırlığı



Çin Silahlı Qüvvələri Rusiyanın Trans-Baykal bölgəsində keçiriləcək “Vostok-2018” strateji təlimlərinə 3200 hərbçi, 900-dən çox hərbi texnika, 30 helikopter və qırıcı təyyarələrlə qatılacaq.

Teleqraf.com xəbər verir ki, təlimlər zamanı xüsusilə mobil müdafiə, yanğınsöndürmə və əks-hücuma keçid məşqləri ediləcək.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust və sentyabr aylarında Sibir və Uzaq Şərqdə “Vostok-2018” genişmiqyaslı təlimlərinin keçiriləcəyini, iki hərbi bölgənin qoşunları və Şimal Donanmasının burada iştirak edəcəyini bildirmişdi.

Tarix: 20-08-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti