ABŞ prezidenti Donald Tramp Türkiyənin “Xalqbank”la (“Halkbank”) bağlı istintaqın ləğv edilməsi qarşılığında keşiş Bransonun azadlığa buraxılması təklifini qəbul etməyib.
Axar.az xəbər verir ki, bunu “Vol Strit Jurnal”qəzetinə açıqlamasında Ağ Evin yüksək səlahiyyətli şəxslərindən biri söyləyib. O, təklifin rədd edildiyini deyib.
Qeyd edək ki, Türkiyənin dövlət bankı “Xalqbank”ın baş direktor müavini Məhməd Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanı pozmaqda ittiham olunub.