“Oğlum hərbi xidməti döyüş bölgəsində keçib. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanıb, aldığı güllə yarasından uzun müddət xəstəxanada yatıb, hazırda da durumu ağırdır. Hər gün səhhəti pisləşir, güllədən aldığı zədənin fəsadları getdikcə üzə çıxır. Amma ona pensiya düzəldə bilmirəm. Məndən 2 min manat rüşvət istəyirlər”.
Bunu Meydan TV-yə Lerik rayonu Biləvər kənd sakini İdrət Şəvəqqət oğlu Azadov deyib. Qorxurdum ki, uşaq sağ qalmayacaq
Ata bildirib ki, oğlu, 1996-cı il təvəllüdlü Azadlı İltimas 9 oktyabr 2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən orduya çağırılıb.
Aldığı yaradan əziyyət çəkir, böyrəyi incidirİdrət Azadov deyir ki, Hərbi Həkim Komissiyasının qərarı ilə oğluna ağır travma diaqnozu qoyulub. Qərarda belə yazılıb: ““Sol bel nahiyyəsinin dəlib keçən odlu silah yaralanmasından sonrakı bərkimiş dəri çapığı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
Dəfələrlə ölkə başçısına müraciət etmişəmOnun sözlərinə görə, oğluna pensiya düzəltmək istəsə də, Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Tibbi Hərbi Komissiyasının sədri Mübariz Ağayev ona əlilliklə bağlı müvafiq sənədi – “forma 88”-i verməyib.
“Həkim məndən 2 min manat pul tələb edib. 2 min manatım olsa, övladımın müalicəsinə xərcləyərəm də. Mən övladımı vətəni qorumaq üçün göndərmişdim. Mənim üçün iş görəndə güllə yarası almayıb axı. Nədir bu biganəliyin və özbaşınalığın səbəbi? Dəfələrlə ölkə başçısına, Birinci vitse-prezidentə, Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə müraciət etmişəm, amma heç bir tədbir görülməyib”.İcra Hakimiyyətinə çağırıb şikayətləri dayandırmağı tələb edirlərLerik sakini deyir ki, indiyə qədər xəstəxana oğluna hər hansı bir tibbi yardım da göstərməyib:
“Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişəm, lakin müraciətim cavabsız qalıb. Oğlum Azadlı İltimasa da heç bir yardım göstərilməyib, əksinə, baş həkim müraciətimi rədd edib. Demək olar ki, rayonda döymədiyim qapı qalmayıb. Baş həkimdən şikayət edən kimi Lerik Rayon İcra Hakimiyyəti məsələyə qarışır, məni çağırıb şikayətləri dayandırmağı tələb edirlər, amma özləri də kömək etmirlər”.Ondan heç kəs rüşvət istəməyib, böhtan atırLerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev isə Meydan TV-yə açıqlamasında bildirib ki, şikayətçinin iddiaları əsassızdır: