Vərdişlərimiz ,Yoxsa ....

               Uşaqlığımızın unudulmaz xatirələrindən biri də Sabir babamızın qanımıza canımıza hopmuş bir misralarıdır.”Gəl ,gəl a yaz günləri ,ilin əziz günləri “İndi ilin əziz günləridir.Dağda,bağda əriyən qarlar,aşıb-daşan çaylar ,tel-tel olan taxıl , yarpağı çiçək-ləçək olub açmaq istəyən ağaclar yaz gəlişindən xəbər verir.Bizim bu hərəkətə çox ehtiyacımız var.Yalnız təsirlərin soyuqluğundan yox ,həm də həyatımızın üşüdən nəsnələrin ağırlığından buz bağlamış ürəyimiz istiyə möhtacdır.Novruz bayramıda arxada qaldı.Adət etdiyimiz kimi bu bayramın bütün atributllarını da etdik. Doğrusunu desəm ,bu ənənə sözü qulaqlarımı qıdıqlayır.Amma nə qədər çərçivə və adətlərdən qacsaq da ,nə qədər inkarçı olsaq da vacıb saydığımız ,vaz keçə bilmədiyimiz vərdişlərimiz var.Ətrafımızda saçan adi gündəlik məişət qaydalarından tutmuş böyük ,qlobal ,taleyüklü məsələlərə qədər .Neynəyək ki,biz işığımızın sönməyinə ,qazımızın kəsilməsinə vərdiş edirik və bu vərdişlər artıq adət halına keçir.Çox qəribədir ,haqqımız –hüqumuz tapdanır ,öyrəşirik ,yediyimiz-içdiyimiz zəhərə öyrəşirik ,ətrafımızda ədalətsizliklər baş verir,ğöz yumuruq öyrəşirik .bir də ğözümüzü açıb görəcəyik ki,bir dar cığırla gedb-gəlirik ,buna da öyrəşirik.Bu vərdişdi,adətdi,ya ənənədi ? Məsələn,deyim ki,bu ay məmləkətin işıq sistemində baş vermış qəza ucbatından , evimizdə elektriklə işləyən nə varsa sıradan cıxıb ,televizor işiq lanpalarından ,soyducuya qədər. Normal halda kimsə bunun təzminatını ödəməlidir ,ya yox ? Amma heç özümüzü yormuruq,çünki mənası yoxdur.Bax bu da Azərbaycansayağı ənənədir.Yəqin həmin yarımstansiyada işiğı tənzimləyənlərin heç müvafiq təhsilidə yoxdur.Bəlkə dünənəcən hardasa baytar həkimi ,ya da aqranom işləmiş ,amma indi hansısa qohumuna görə camaatın işiğını ona tapşırıblar.O da sözün bütün mənalarında yararlanır ənənəvi olaraq. Biz dünyanın bir parcasıyıq ,dünyaya inteqrasiya edirik.Özüdə bu inteqrasiya deyəsən çox sürətlə gedir,geçələr küçələrə çıxanlar bunun fərqindədirlər.Əvvələr utanıb-gizlətməyə çalışdığımız qüsurumu deyim , açıq-aşkar görünür.Bu gün demokratiyanın bizim məmləkətimizə gəlişini ən barız göstəricisidirmi?!Seçgilər? Düşüncə özgürlüyü ? Viçdan azadlığı ? Yox !Əksəriyyətimiz açıq-açıqına deməsəz də ürəyinizdə fikirləşirsəz ki, belə deyil .İnsan haqqları çox qorunduğu üçün indi mavi olduqlarını gizlətmək istəmirlər.Bizim hüquq anlayışımız bura qədərdir.Belə qızğın təbliğat ki, düşünülmüş şəkildə bizim kütləvi informasiya vasitələrində gedir –ailələrimizdə böyüyən uşaqları üçün çox qorxuludur.
Mən qorxuram ki,sabah kişi olmaq üçün hüquqlarına zidd bir şey kimi yorulsun ola bilər mən də köhnə fikirliyəm ,adətlərə,vərdişlərə bağlı adamam.Ancaq biz dünyadan ,qərbdən niyə ancaq bunu öyrənirik? Köhnə bazara təzə nırx qoymuruqsa , bu nırxın bizə uyub-uyumayacağını niyə düşünmürük.Görünür tarıx boyu dövlətimiz,ordumuz olmadığındandır ki,biz dövlət sinvolarına hörmət sevgiyə yanaşa bilinmir.Bütün dünyada yalnız cinayətkarlar polisə yan baxırlar.Hər hansı bir ailəni tərpətsən onun ailə üzvlərindən ,yaxın qohumlarından kimsə polisdə işləyir.Özü də çox əzab-əziyyətlə çalışır. Bunu da bilməlisən,çiynində daşıdığın paqonların qiyməti yoxdu çünki cinayətini subut etdiyin adamın havadarları dövlət anlayışından çox-çox yuxarıdadırlar.O qədər yuxarıdadırlar ki,taladıqları məmləkətin qanunlarını özləri bildiyi kimi işlədirlər.Bütün dünyada polisin böyük səlahətləri var.Polisə müqamət göstərmək ,sılah çəkmək ən böyük cinayət sayılır,çünki polis əslində dövlətin özü deməkdir,dövlətin simasıdır. Xatırlayıram 10-15il əvvəl Türkiyədə General Kumay başqanı olmuş geniral Doğan Gürəşin oğlunu hardasa xulqanlıq etdiyinə gorə türk polisi döyə-döyə əzmişdi .Ya da Amerikada Corc Buşun qızını polis cərmələmişdi.Yaşı çatmadığı halda barda içki içdiyinə görə .Bizdə, Azərbaycan belə hadisəni təsəvvürə gətirə bilərsizmi ? Əslində biz dünyadan bunları öyrənməliyik.Qanuna riayət etməyi-istinasız,filansız.Belə ənənələri yaratmalıyıq.Onları hörmətsız etməklə yalnız və yalnız cinayətkarlar qazanacaq. Köhnələri unuduruq yenilərini isə yarada bilmirik.Əlbəttə, unutmalı olduğumuz çox şeylər var.Yaltaqlıq,özümüzdən bir pillə yuxarıda oturanların qarşısında iki qat əyilmək,unutqanlıq,milli sərvətlərə sayqısızlıq və sairə və sairə. Özümüzdən yeni yaratdığımız vərdişlər olmamalıdır.Hər kəsin fikrinə hörmətlə yanaşmaq,seçki mədəniyyəti, danışdığımız sözə qiymət vermək .Nəyi qoruya biləcəyik ,nəyi yaradacağıq,onu zaman göstərəcək .Bu hərəkətlərimizdən isə bizim qloballaşan dünyada var ola bilmək məsələmiz aslı olacaq. Seçki ilində olduğumuz üçün baxırsan ki,cürəbəcür quruplaşmalar ,bloklar fəallaşıb.Bizim məmləkətdə müəyyən regionların nümayəndələrinin qruplaşması ənənəsini yaratmalıyıq.Bütün dəyişmələr də əqidə birliyi ilə gələcək.Hər kəs öz işi ilə məşğul olsa,polis asayişi qorusa,ordu vətəni görünən müdaxilədən,o biri təşkilat görünməyən müdaxilədən qorusa ,dövlət aparatı sosial məsələləri çevik həll etmək ənənənələri yaratsa başqa ölkələr kimi biz də insan kimi yaşmağa adət edəcəyik. Son vaxtlar gülüş doğuran bir ənənə yarnıb.Hər hansı bayramlarda bir-iki pullu kişi yetim uşaqlara üç corab,dörd qoğal,beş şokalad aparır,dalınca beş-altı
televiziya kanalları gedir,onun da dalınca həmin kişilərin boynundan “El atası”medalını asırlar.A qardaş başına dönüm,bu millətin nə qədər el atası var?Bu medalı kim təsis edib onunla işim yoxdu,amma hər yetimxanaya şokalad aparan bizim el atamız olsa,biz dönüb olacağıq bir hala.Əgər bir iddianız varsa,ildə bir savadlı,istedadlı,amma imkansız uşağı öz hesabınıza göndərin oxumağa.Özü də bunu televizorda göstərmək lazım deyil.Bəndələr onsuzda hər şeyi tez unudur.Allahın da televizora baxmağa vaxtı yoxdur.Həmin uşaqlar oxuyub millətə xidmət edəndə sizin necə ata olduğunuz onsuzda bilinəcək.Belə ənənələri yaşatmaq lazımdır.Yaşamaq ücünsə daim dəyişmək yenilənmək tələb olunur.                                       Bax burda Sabir babamız yaxşı deyib: Ax!Necə kef çəkməli əyyam idi,                                                                                                                                     Onda ki,övladi-vətən xam idi ! s                                                                           Əlizadə Nəhmıdağaoğlu                                                                                                                                                      Siam.az
Tarix: 9-04-2018, 23:00
Xəbəri paylaş





Xəbər lenti