
Onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib.
İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir.
Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil.
Yenicag.az “Lotu Quli”nin Türkiyədən çıxarıldıqdan sonra çəkilmiş videosunu yayıb.
Videodan göründüyü qədəri ilə Səlifov məkanların birində öz yaxınları ilə bir masa ətrafında yığışıb.(minval info)