“… SİZ KÖMƏK GÖSTƏRMƏSƏNİZ QARŞIDUMAYA GƏLİB ÇIXACAQ”!!!
—————————————————————————————
Zəruri qeyd:
Saxux rayonunun Alabaşlı qəsəbəsinin sakini, Qarabağ müharibə iştirakçısı Abdullayev Tahir Məmməd oğlu, iki ay öncə prezidentə ünvanladığı və bu günədək cavab ala bilmədiyi şikayət ərizəsini, ictimailəşdirmək üçün redaksiyamıza göndərib. Vətəndaşın sözügedən ərizəsini olduğu kimi ictimai rəyin müzakirəzinə, cəmiyyətin və əlbəttə ki, dövlət və hökumət ərkanının diqqətinə təqdim etməyə qərar verdik.
“ps-nota.com”
———————————————————————————–
Azrbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablrına
Azərbaycan Respublikasının Vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Qarabağ müharibə iştirakçısı
Abdullayev Tahir Məmməd oğlu
tərəfindən
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ
Hörmətli Prezidentim və Mehriban xanım ölkəni təmsil etmək Allahtaala tərəfindən Sizə nəsib olub. Kamilləşməyinizdə mərhum Heydər Əliyevin böyük xidməti olmuşdur.
Müstəqil Azərbaycanın Qanunlarının qəbul olunmasında Sizin və mərhum Heydər Əliyevin imzası var. Qurani Kərimə and içmisiniz ki, hər bir vətəndaşın Prezidenti olacaqsınız. Mərhum Heydər Əliyev demişdir ki, Samux rayonu cinayətkarlar yuvasıdır. İlham Əliyev isə çıxışında demişdir ki, “qudurmuşlar, harınamışlar, nadanlar” sizi başçı
qoyuram gedin xalqa xidmət edin. Ancaq bugünkü başçı da, keçmiş başçı və onun müavinləri ilə birlikdə Sizin etimadı doğrultmurlar. Kobud qanun pozğunluğuna yol verirlər.
1-ci fakt, mənim bir hektar torpaq payım 17 ildir ki, əlimdən alınıb və bir vətəndaşa satılıb. 2003-cü ildə müraciət elədim Sizə və Sizin sərəncamınızla dövlət müşaviri məni qəbul etdi. Nəticədə torpağımın qaytarılması haqqında göstəriş verdi. Həmin göstəriş bu günə qədər icra olunmadı. 2018-ci ildə Mehriban xanıma müraciət etdim. Mehriban xanımın sərəncamı ilə 1 hektar torpağım özümə qaytarıldı. Ancaq sənədləri, Dövlət aktını vermirlər. 17 ildir ki, kompensasiya dəyəri mənə ödənilmir.
