Zəlimxan Məmmədlini yenə Gürcüstana buraxmadılar - SON DƏQİQƏ

Zəlimxan Məmmədlini yenə Gürcüstana buraxmadılar - SON DƏQİQƏ


Gürcüstana yola düşmək istəyən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlini bu ölkəyə buraxmayıblar.  

Təşkilat sədri Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsindən geri qayıdıb.  

Cebhe.info xəbər verir ki, bu barədə Z.Məmmədli özünün fesybuk səhifəsində bildirib. Canlı yayında müraciət edən Z. Məmmədli hazırkı gürcü hakimiyyətini tənqid edib. Bildirib ki, hazırki iqtidar bilərəkdən belə edir, gərginlik yaratmağa çalışır: 

“Belə bir siqnal var idi  ki, sərhədi keçə bilərik. Bu gün bura gəldik. Ancaq sərhədi keçməyə icazə vermədilər. Sərhədçilərlə söhbət etdik, onların heç bir günahı yoxdur. Onlar da bildirir ki, tapşırıq belədir, problem yaradırlar. Buradan açıq bəyan edirəm, indiki gürcü hakimiyyəti tək bizə yox, gürcü xalqına düşmənçilik siyasəti yeridir. İvanişvilinin siyasəti xalqların dostluğuna ziyandır. Onun gürcü millətini təmsil etmək hüququ yoxdur”. 

Bununla belə təşkilat sədri ruhdan düşmədiyini deyib: 

“Gürcü milləti duz-çörəyin qədrini biləndir. Onlar salam-kəlamın yerini biləndir.  Burdan gürcü millətini,  Borçalı türklərini salamlayıram. Gec-tez sağlam qüvvələr qalib gələcək”.

Tarix: 12-05-2019, 14:06
Xəbəri paylaş





Xəbər lenti