Bir ayağını və bir qolunu itirmiş şəxs 10 ildir 1-ci qrup əlillik ala bilmir - ŞİKAYƏT.VIDEO


bitmap-img6




42 yaşlı Şövqi Quliyev ailəsini dolandırmaq üçün yardım toplayır.

O, çörək pulu qazanmaq üçün ümidini "yaxşı insanlara" bağladığını deyir.

Həyat yoldaşı və 4 aylıq qızı ilə Sumqaytın Corat qəsəbəsində yaşadıqları evin də kirayəsini də ödəyə bilmirlər.

10 ildir ki, bir ayağını və bir qolunu itirşim Şövqi Quliyev 1-ci qrup əlillik ala bilməməsindən şikayətçidir.

12 ildir evli olan cütlüyün arzuları elə də çox deyil, əlil arabası, əlilliyə görə təqaüd və 4 aylıq Fatimə üçün yemək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, ailənin problemi araşdırılacaq.


Tarix: 16-05-2019, 00:27
Xəbəri paylaş





Xəbər lenti