Eldar Sabiroğlunun replikası: Arif adam başa düşər, Arifoğlu özü bilsin
Ölkənin siyuasi kəsiminin əsas diqqətinin seçkiyə yönəldiyi bir zamanda cəmiyyətin epidemiyaya yoluxmuş sakinlərindən yazmaq bəlkə də lüzumsuzdsur. Amma bu yoluxmuşların çaşqınlıq yaratmasına imkan verməmək, onların əsl simasını cəmiyyətə tanıtmaq üçün həqiqətləri təkrar-təkrar yazmağa ehtiyac var. Həm də elə bir şəraitdəı ki, maskalar yay günəşinin təsirinə məruz qalan buzlar kimi əriyir. Bu dəfə özü də bilmədən yırtıqlarına yamaq vurulmuş maskanı Eldar Sabiroğlu yırtıb. Rauf Arifoğluna ayı xidməti göstərən Eldar müəllim özünün facebook səhifəsində geniş bir yazı yazıb. Həmin yazıdan kiçik bir hissə: “Sən demə, əsl həyat mənim kimi düşünənlərin yox, Azərbaycan üçün nümunə sayılacaq Rauf Arifoğlu və hakimiyyət sövdələşməsinə misilsiz töhfələr verən digərlərinin çiyinləri üstündə oturubmuş. Hakimiyyətin tədris etdiyi tarixi dərslərdən nəticə çıxara bilməməyim yalnız öz korafəhimliyimə bağlı bir işdir. Lakin bu ikiüzlü siyasətin öhdəsindən nə o zaman, nə də indi gələ bilməzdim. Görürəm hansı ucalıqda dayanmısınız? Siz söyüşlə qalxdınız, mənsə ürəyimi hakimiyyətin yolunda qoysam belə kiçik təpənin sahibi ola bilmədim”. Eldar müəllimin bu sözlərinin izahatını elə onun öz həyatından bir ibrətamiz olayla vermək istərdik. İllər öncə Əbülfəz Elçibəy prezident Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilmişdi. O zaman Eldar Sabiroğlu Heydər Əliyevin içtimai müdafiəçisi qismində rəsmi olaraq məhkəmə prosesində iştirak edirdi. Məhkəmədə bir çıxışı zamanı Əbülfəz Elçibəy geri dönərək ona bu sözləri deyib: “Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”. Ağır və sərt sözlərdi. Bu tarixin bir dərsi idi… Bu olayla bağlı Eldar Sabiroğlunun mediaya açıqlaması da ibrətamizdir: “Fürsətdən istifadə edib on olaraq ona bir sual vermək məcburiyyətindəyəm. Bu gün cəmiyyət üçün mən daha təhlükəliyəm, yoxsa satılmışlar, ikiüzlülər?..” Həqiqətən də zaman böyük hakimdi və hamıya ədalətli hökm oxuyur. Zaman keçdikcə nə qədər pələngin əslində dovşan olduğu üzə çıxır. Insanların özünə,
keçmişinə, əqidəsinə utanmadan xəyanət etdiyini, özünü dünya malına satdığını görürük. Bəli, bu gün ölkəmizdə şeytanı təəccübləndirən iyrəncliklər baş verir. Kimisi öz həyatını təhlükə altına atıb haqq uğrunda mübarizə aparır, kimisi də mübarizə aparanları ləkələməklə məşğul olur. Hər kəsə bəllidir ki, Yeni Müsavat” hökumət mətbuatının “pasötürən”i rolunda çıxış edir. Yəni vicdanlı insanlara qarşı böhtan atmaq, mübarizə insanlarını ləkələmək üçün lazım olan “ssenari”ləri həmişə “Yeni Müsavat” qəzeti təşkil edir. Görəsən, bu qədər iyrəncliklərdən sonra normal yemək yemək, rahat yatmaq necə mümkün olur? Beləliklə, medallı redaktor öz “xüsusi təyinatlı”ları ilə iş başındadır. Qəribə taledir. Bir vaxtlar haqqın səngərində ol, indi isə mənəviyyat terrorçuluğu et. Bəli, Rauf Arifoğlu öz təbii halını almaqdadır. Dostları ilə “paslaşa-paslaşa” ləyaqətli insanların qapısına “qol” vurmaq istəyir. Amma onun “qol”u heç vaxta hesaba alınmayacaq. Çünki, artıq ölkə ictimaiyyəti üçün Rauf Arifoğlu “oyundankənar vəziyyətdə”di. Eldar Sabiroiğlu yazısının sonunda R.Arifoğlunun seçki davasından bəhs edir. Çox ibrətamiz bir nəsihət: “Rauf bəy, deputatlığa namizəd kimi sizə böyük dəstək veriləcəyinə əminəm. Çünki siz xidmətləriniz müqabilində bu hörmət-izzəti qazanmısınız. Bir-birinizi də çox gözəl tamamlayırsınız. Yeganə xahişim budur ki, adətən, Milli Məclisin birinci iclasından əvvəl deputatlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu, bir şansdır. H. Əliyevin ünvanına coxlu söyüş və təhqirlər yağdırmısınız. Abidəsi önündə pıçıltı ilə də olsa üzr diləyib günahlarınızı yuya bilərsiniz. Şəhidlər Xiyabanında vətən uğrunda canını fəda edənlərdən də mütləq hallalığınızı istəyin. Zənn etməyin ki, bir evdən iki qardaşın müharibədən yayınmasını şəhidlərimiz yaddaşlarından silib atıblar! Rauf bəy, tarix üçün nə ruhlar, nə də yaddaşlar ölmür... P.S. MƏCBURİ BİR QEYD. ƏSLİNDƏ BURADA HAKİMİYYƏTDƏ DƏRİN BİR GÜNAH AXTARMAĞA GƏRƏK YOX. ADAM Kİ, ÖZÜNÜ SATLIĞA QOYURSA, QİYMƏTİNİ RAZILAŞDIRIB ALARLAR”. Siyasətə də, qələmin müqəddəs missiyasına da xəyanət öz layiqli cəzasını almalıdır. Ölkəmizə, xalqımıza zülm edən bir qrupa yarınmaq üçün şəri, böhtanı, əxlaqsızlığı həyat amalına çevirmiş insanların maskası sona qədər yırtılmalıdır. Zülmün və zalımın nökərlərini sona qədər ifşa və boykot etmədən rejimin özünə də qalib gəlmək çətindir. Eldar müəllimin replikası isə bir işarədir. Arif adam başa düşər, Arifoğlu özü bilsin...Siam.az
Tarix: 30-12-2019, 13:46