Ərdoğan: ABŞ-ı sivil ölkə adlandırmaq olmaz
ABŞ-ı sivil ölkə adlandırmaq olmaz, çünki orada insan hüquqları ilə bağlı ciddi problemlər var.Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında elan olunmuş tərəfdaşlıq prinsipləri əslində işləmir: “ABŞ tərəfindən mənim cangüdənlərimə həbs qərarı veriləndən sonra mən bu ölkəni sivil adlandıra bilmərəm”.
Siam.az
Tarix: 21-10-2017, 21:16