Bərzaniyə 500 milyonluq zərbə - Sərhəd keçid məntəqəsi əlindən alınır

Bərzaniyə 500 milyonluq zərbə - Sərhəd keçid məntəqəsi əlindən alınır Türkiyə hökuməti Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzaniyə daha bir zərbə hazrılayır.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Habur sərhəd keçid məntəqəsinin Bərzanidən alınması üçün hərəkətə keçib. 500 milyon dollarlıq gəlir əldə edilən məntəqənin təhvil alınması üçün artıq İraq hökumətinin nümayəndələri bölgəyə gəliblər.

Bir müddət öncə bu məsələ Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmuş və sərhəd keçid məntəqəsinin İraq hökumətinə verilməsinə dair qərar çıxarılmışdı.

Təyyarə ilə Şırnaka gələn İraq hökumət nümayəndələrinin İbrahim Xəlil sərhəd keçid məntəqəsini təhvil-təslim işlərinə başlaylblar.

Qeyd edək ki, Bərzani yönətimi gömrükdən əldə edilən gəliri Bağdad hökumətinə göndərməlidir. Ancaq kürdlər bu razılaşmaya əməl etmirdilər. Gömrükdə məsul vəzifədə çalışmış yetkililərdən biri təkcə 2013-cü ildə sərhəd keçid məntəqəsində gündəlik gəlirin 2 milyon dolları keçdiyini bildirib.

Kürd peşmərgə qüvvələrinin baş verənlərə əlacsız şəkildə seyrçi qaldığı bildirilir.

Aydın
Tarix: 22-10-2017, 14:21
Xəbəri paylaş





Xəbər lenti