Macarıstanın baş naziri: “Biz xristian Avropanın tərəfdarıyıq”

Macarıstanın baş naziri: “Biz xristian Avropanın tərəfdarıyıq” Şərqi və Mərkəzi Avropa ölkələri qeyri-qanuni miqrasiyanın qarşısında dura bildilər. Bu, Avropa qitəsində miqrantlardan azad yeganə ərazidir.

TASS xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

“Bu plan Avropanın qarışıq qitəyə çevrilməsi məqsədi ilə düşünülmüşdü. Lakin biz buna müqavimət göstərə bildik. Şərqi və Mərkəzi Avropa miqrantlardan azad zonadır. Polyaklar, çexlər, slovaklar, rumınlar və macarlar bu prosesdə birləşməlidirlər. Biz təhlükəsiz, ədalətli, azad və xristian Avropanın tərəfdarıyıq”, deyə V.Orban qeyd edib.
Siam.az
Tarix: 24-10-2017, 08:01
Xəbəri paylaş





Xəbər lenti