S-400 Türkiyəni o dəlidən qoruyacaq - Ekspert
Türkiyənin S-400-ləri alması NATO-nu qaçılmaz nəticələrlə qarşı-qarşıya qoyacaq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi analitik Aleksandr Jilin deyib.O, NATO-nun Vaşinqtona boyun əyən ciddi və intizamlı düşərgə olduğunu bildirib:
“Bu şef silahı kimdən və nə qədər alacağını diqtə edir. Şef düşərgədəki təsirini itirmək istəmir. Ona görə də bu qədər sərt reaksiya göstərir. Əslində nə baş verir? S-400-lər alınarsa, Türkiyəni qoruyacaq. Əgər bir dəli Türkiyəni cəzalandırmağa qərar verərsə, o zaman S-400-lər qoruyacaq. Bu sistem digər mülki vətəndaşları vurmağı sevən ABŞ təyyarələrinin qarşısını alacaq. NATO isterik reaksiya verir. Lakin müəyyən müstəqillik sferasına sahib Türkiyə NATO ölkələrindən fərqli olaraq şefə baş əyməyi yox, şəxsi təhlükəsizliyini düşünür”.
Tarix: 27-10-2017, 08:16