«Rusiya Ukraynaya hücuma hazırlaşır!» - Ehtiyatda olan general
«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukrayna silahlı qüvvələri Baş qərargahının sabiq rəis müavini İqor Romanenko bəyan edib ki, Rusiya Krıma əlavə silahlar «tullayır» ki, Ukraynanın materik hissəsinə hücum hazırlasın.«Mənim bildiyimə görə, ilin axırına qədər Rusiya Feodosiyada daha bir S-400 komleksli divizion yaratmağı planlaşdırır. Köhnəlmiş Su-24 və Su-25 təyyarələri Su-30 təyyarələri ilə əvəzlənir, Qara dəniz donanmasına daha mükəmməl gəmilər verilir. Rusiyanın dənizdə və Krımın şimalınla keçirdiyi təlimlərin xarakteri ondan xəbər verir ki, onlar toplanan silahları məhz Ukraynaya qarşı təcavüz vasitəsi kimi hazırlayırlar» – deyə, hərbi ekspert «Krım.Reallıqlar» radiosunun efirindən bəyan edib («UNİAN»).
Hava hücumundan müdafiə və hərbi-hava qüvvələrinin Cənub dairə komandanı general-leytenant Viktor Sevostyanov isə öz növbəsində, qeyd edib ki, Rusiyanın Krımdakı silahlı qüvvələri yeni və modernləşdirilmiş aviatexniki silahlarla təchizat baxımından «liderlik» edir.
Bundan başqa, ekspertlər təsdiqləyirlər ki, yaxın zamanda Rusiyanın Krımdakı ordusunun sərəncamına ən yeni «Triumf» S-400 zenit-raket kompleksi daxil olacaq.
Tarix: 27-10-2017, 08:18