ABŞ dövlət katibi: “Əsəd ailəsinin hökmranlığı başa çatır”

ABŞ dövlət katibi: “Əsəd ailəsinin hökmranlığı başa çatır” ABŞ dövlət katibi Reks Tillerson ölkəsinin Suriya ilə bağlı mövqeyini açıqlayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Tillerson Bəşər Əsədin hökmranlıq dövrünün sona yaxınlaşdığını deyib.

“Biz Suriyanın Əsədsiz vahid ölkə olmasını istəyirik. Əsəd ailəsinin hökmranlığı başa çatır”- Tillerson deyib.

ABŞ dövlət katibi, həmçinin bildirib ki, müharibədəki döyüşlərdə qələbəyə görə Bəşər Əsəd "havadan Rusiya dəstəyinə" borcludur.

Siam.az
Tarix: 27-10-2017, 08:20
Xəbəri paylaş





Xəbər lenti