Puşkov: ABŞ Rusiya ilə iqtisadi müharibə aparır
Rusiya hərbi müəssisələrinə qarşı sanksiyalara hazırlaşan ABŞ müttəfiqlərinin S-400 zenit raket kompleksləri əldə etməsindən çox qorxur.Axar.az xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov danışıb.
“Hərbi müəssisələrimizə qarşı sanksiyalar tətbiq etməklə, ABŞ silah bazarlarını qorumaq istəyir. Müttəfiqlərinin S-400 əldə etməsindən çox qorxurlar”, - Puşkov deyib.
Puşkov ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını iqtisadi müharibənin elementləri adlandırıb.
Tarix: 27-10-2017, 23:01