Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb
Yanvarın 3-də, gün ərzində Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun nümayəndəsi bildirib.
İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Rəsmi Tel-Əviv son bir ay ərzində bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra “Həmas” İsrailə qarşı raket hücumlarını artırıb.
Tarix: 3-01-2018, 23:16