Kiyevdə polislə etirazçılar arasında toqquşma: xəsarət alanlar var
Ukrayna Daxili İşlər Nazirliyi paytaxt Kiyevdə, parlament binası yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında baş verən toqquşmalar barədə məlumat yayıb.Bildirilir ki, qarşıdurma nəticəsində 100-dən artıq insan saxlanılıb. Qarşıdurma zamanı 4 polis və bir neçə etirazçı xəsarət alıb.
Məlumata görə, çadır düşərgəsində axtarışlar zamanı hüquq mühafizə orqanlarının əməkdaşları döyüş mərmiləri tapıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
***12:35
Ukrayna parlamenti yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında toqquşmalar yaşanır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, toqquşmalar polisin bir sıra cinayət işlərinin araşdırmasını həyata keçirməsi üçün düşərgəyə girməsindən sonra başlayıb.
Qarşıdurmalar zamanı etirazçılar şinləri yandırıb. Polisin 50 nəfəri saxladığı bildirilir.
Məlumata görə, kəllə-beyin travması və qaz yanıqları ilə yaralılar da var.
Xatırladaq ki, Ali Radanın yaxınlıqdakı çadır şəhərciyində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları mitinq keçirirlər.
Tarix: 3-03-2018, 16:04