İran iflasın astanasında: Ölkədə növbələr yarandı
İranda rialın ucuzlaşmasından sonra valyutadəyişmə məntəqələri önündə uzun növbələr yaranıb.
Bu barədə informasiyanı “Doğan” xəbər agentliyi yayıb.Agentlik hökumətin artan tələbi qarşılamaq üçün bazara müəyyən qədər valyuta buraxmağının heç bir fayda vermədiyini bildirib. Hazırda ölkədə yalnız dövlətin müəyyən etdiyi miqdarda xarici valyutanın alına bildiyi vurğulanıb. Bu miqdarın isə 2 min dollar olduğu açıqlanıb.
Ölkədə xarici valyuta qıtlığının yaranması qara bazarı da aktivləşdirib. Qara bazarda xarici valyutanın valyuta dəyişmə məntəqələri ilə müqayisədə 7% baha olması, sadə iranlıların aldıqları xarici valyutanı burada satması ilə nəticələnib.
Qeyd edək ki, bundan öncə İran ABŞ dolları ilə idxal əməliyyatlarını həyata keçirməyi qadağan edib.
İranda rial son bir neçə həftə ərzində 20% ucuzlaşıb.
Tarix: 4-03-2018, 16:14