“ABŞ-ın büdcə kəsirini başqa dövlətlər ödəyir”.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.
“Dünyada ən bahalı mal qaz və neft deyil, bu, ABŞ-ın büdcə kəsiridir. Bu ölkənin iqtisadi inkişafı bütün dünyaya lazımdır. Lazımdır ki, Amerika iqtisadiyyatı güclü qalsın və biz buna görə ödəyirik. ABŞ-ın büdcə kəsirini beynəlxalq valyuta kimi dollardan istifadə edən başqa ölkələr ödəyir”, - Rusiyanın baş nazirin müavini “Yalta Avropa strategiyası” beynəlxalq forumda çıxışı zamanı deyib.