İranda iqtisadi tələblərlə etiraz aksiyaları davam edir.
Ölkənin Xürrəmşəhr bölgəsində etirazçılarla rejim qüvvələri arasında gərginlik daha kəskin şəkil alıb.
Narazılığa səbəb bölgədə işsizliyin artması və bir neçə gündür ki, içməli suyun kəsilməsidir.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının cebhe.info-ya verdiyi məlumata görə, rejim qüvvələri narazı kütləyə atəş açıb. Nəticədə 3 nəfər ölüb, xeyli sayda yaralı var.
Qeyd edək ki, beynəlxalq sanksiyalar İranda iqtisadi böhran dərinləşdirib. Bir neçə gündür ölkənin ayrı-ayrı şəhərlərində etiraz aksiyaları keçirilir.
Aydın
Cebhe.info