Silahlı qanqster dəstəsi olan Redoine Faid ikinci dəfə saxlanıldığı Sequedin həbsxanasının qapısını dinamitlə partladaraq əlindəki silahla üç nəfəri girov götürməklə qaça bilmişdi. Bu günlərdə isə onu helikopterlə qaçırmağı bacarıblar. Faid cinayət əməllərini Amerikanın mafiya filmləri olan “Scarface” və “Heat”dən ilhamlanaraq həyata keçirib.
46 yaşlı Faid sonuncu dəfə polisi qətlə yetirmişdi və 25 il azadlıqdan məhrum edilmişdi. Redoine Faid 2010-cu ildə həyatından bəhs edən “Braqueur” adlı kitab nəşr etdirib.