Yazılan bir "tweet" ölkəni 20 milyard dollar zərərə saldı - İKİ ÖLKƏ ARASINDA BÜTÜN ƏLAQƏLƏR KƏSİLİR!

 Kanadanın Xarici İşlər Naziri Kristina Friləndin Səudiyyə Ərəbistanında təhlükəsizlik orqanlarının paytaxt Riyadda bəzi insan haqqları müdafiəçilərini həbs eməsindən sonra "Twitter" üzərindən etdiyi paylaşım Kanadaya təxminən 20 milyard dollar zərər gətirib.

GoldNews.Az xəbər verir ki, iki ölkə arasında böhran dərinləşərkən iqtisadi zərərlə bağlı ilk göstəricilər də ortaya çıxıb. Nazir Friləndin hələ də Riyadda saxlanılan kanadalı bloq yazıçısı Raif Bədəvinin bacısı şamar Bədəvi ilə bir qadının da həbs edilməsinin ardınca yazdığı status və S.Ərəbistanını bu şəxsləri sərbəst buraxmağa çağırması iki ölkə arasındakı diplomatik münasibətləri qopma nöqtəsinə gətirib.

S.Ərəbistanının Kanada ilə iqtisadi münasibətləri dondurması qərarı Kanadanın Ərəbistana satışına qərar verdiyi və hələ də istehsal mərhələsində olan ümumilikdə 15 milyard dollarlıq 928 yüngül və ağır zirehli hərbi maşın paketinə də təsir edib. Kanadanın keçmiş baş naziri Stefen Cozef Harperin dövründə Səudiyyə Ərəbistanı Ontario əyalətinə bağlı General Dynamics Land Systems (GDLS) firmasının istehsal etdiyi Light Armoured Vehicles-LAV tipli hərbi maşınlardan 928 ədəd sifariş edib, 2014-cü ildə başa çatmış satış prosedurları, 2015-ci ildə Castin Tredaunun hakimiyyətə gəlməsi ilə dondurulub.

Kanada ictimaiyyətində uzun müzakirələrə səbəb olan bu satış keçmiş baş nazirin razılığı ilə 2016-cı ildə təsdiqlənib və istehsal mərhələsinə keçilib. Sözügedən layihəni alan GDLS şirkəti 470-i emalat üzərinə olmaqla 2470 şəxsi işə aldığını və Səudiyyə Ərəbistanının son qərarı ilə bu şəxslərin işi ilə bağlı məsələsinin aydınlaşacağını açıqlayıb.

Səudiyyə Ərəbistanının ticarət əlaqələrini dondurması qərarı çərçivəsində Kanadadakı universitetlərdə Ərəbistanın maliyyələşdirdiyi 17.272 tələbə də ailələri ilə birlikdə ölkəni tərk edəcək. Səudiyyə Ərəbistanı Təhsil Nazirliyindən verilən açıqlamada Riyad hökümətinin Kandaya tələbə göndərilməsi proqramını dondurduğunu bildirib. Bu proqramda iştirak edən tələbələrin başqa ölkələrə transfer edilməsi haqqında iş başladılıb.

Ottava Universitetinin araşdırmasına görə, beynəlxalq tələbə statusu çərçivəsində Kanadada olan ən böyük 6-cı tələbə sayı Ərəbistana məxsusdur.

Kanadanın S.Ərəbistanı ilə olan 4 milyard dollarlıq ticarət həcmi də dondurulub. Həmçinin 13 avqustdan etibarən Səudiyyə Hava Yollarının Kanadaya uçuşu dayandırdığı bildirilib.
Tarix: 8-08-2018, 12:30
Xəbəri paylaş





Xəbər lenti