İngilis alimlər Bermud Şeytan Üçbucağı bölgəsində meydana gələn yüzlərlə itkin olayına dalğaların səbəb olduğunu deyib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Florida, Porto Riko və Bermuda arasında uzanan sirli 700 min kvadrat metrlik üçbucaq bölgə qeyri-adi sayda gəmi qalıntılarının ortaya çıxması ilə birgə 100 ildən artıq bir müddətdir ki, sirrini qoruyur.
“New York Times” qəzeti son 500 ildə ən azı 50 gəmi, 20 təyyarə və mindən artıq insanın Bermud Şeytan Üçbucağında itdiyini iddia etdi.
Southampton Universitetindən araşdırmaçılar gəmilərin okeanda yaranan 30 metrdən artıq yüksəkliyi dalğalar tərəfindən dənizə çəkildiyini deyib. Okenlar üzrə ixtisaslaşmış alim Simon Boxall açıqlamasında deyib ki, "Bölgənin cənubunda və şimalında bir araya gələn fırtınalar var. 30 metrə qədər yüksələn dalğaları hesabladıq. Gəmi nə qədər böyükdürsə, o qədər çox zədə meydana gəlir”.
Açıq dənizdə böyük dalğalar çarpışdığı zaman həddən artıq böyük dalğalar yaranır. Təxminən 12 metrlik normal dalğaların 8.5 psi-lik bir qırılma təzyiqi var. Müasir gəmilər təxminən 21 psi-ni saxlayacaq şəkildə hazırlanıb, amma həddən artıq böyük dalğalar ən güclü gəmiləri belə devirməyə bəs edəcək 140 psi-yə qədər bir qırılmaz təzyiqinə sahib ola bilər.
Ötən il 4 nəfəri daşıyan bir təyyarə Bermud Şeytan Üçbucağında itib. Təyyarə radarlardan itdiyi zaman Porto Rikodan Floridaya geri qayıdırdı. Bütün axtarışlar nəticəsində heç nə tapılmadı.
Sevinc, musavat.com