Paşinyan demokrat lider imicindən çox tez yoruldu: Jurnalistlərə QADAĞA

Paşinyan demokrat lider imicindən çox tez yoruldu: Jurnalistlərə QADAĞA


İnqilabla Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan özündən əvvəlki hökumətin addımlarını təkrarlamağa başlayıb.  Belə ki, artıq jurnalistlər hökumətin iclasına buraxılmır.

Cebhe.info xəbər verir ki, bu barədə yerli mətbuat yazır. 

Hökumətin bu gün keçirilən iclasında da mətbuat nümayəndələrinin iştirakı mümkün olmayıb. Baş nazirin mətbuat katibi Arman Yeqoyan bildirib ki, onlar artıq köhnə iş rejiminə qayıdırlar. Buna səbəb kimi isə binanın təhlükəsizliyinin qorunması göstərilib.

Jurnalistlər isə inqilabdan keçən müddət ərzində hökumətin iclaslarında iştirak etdiklərini deyərək yeni qərara etiraz ediblər. "Bəs bütün bu müddətdə təhlükəsizlik necə təmin edilib? "sualına cavabında mətbuat katibi bütün bu məsələləri təhlükəsizlik xidməti ilə aydınlaşdırmağı məsləhət görüb.

Görünür ki, Paşinyan demokrat lider imicindən çox tez yorulub.

Tarix: 9-08-2018, 15:21
Xəbəri paylaş





Xəbər lenti