Ermənistanın daha bir keçmiş baş nazirinə "torba" tikilir


 Ovik Abramyana məxsus zavoddan tapılan silahların 2008-ci il 1 mart hadisələri zamanı istifadə olunduğu güman edilir

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana məxsus, Ararat vilayətinin Mxçyan kəndində yerləşən mexaniki təmir zavodunda tapılan silahların 2008-ci ilin 1 mart hadisələri ilə bağlılığı ola bilər. (Həmin gün Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın saxta yolla seçilməsinə etiraz olaraq təşkil olunan mitinq gülləbaran edilmiş, nəticədə 10 nəfər həlak olmuşdu-red.)

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan jurnalistlərlə söhbətində bildirib.

“Biz bu versiyanı da gözdən keçiririk. Nəticələr ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin operativ məlumatlarda buna dair işarələr gəlməkdədir”,- Vanetsyan söyləyib.

VANETSYAN.JPG (26 KB)

Jurnalistlərin bu silahlardan məhz Ovik Abramyanın əmri ilə atəş açıldığı ilə bağlı suallarına Vanetsyan “Mən ətraflı bir  şey söyləyə bilmərəm. Yalnız ilkin operativ məlumatlara əsaslanaraq onlardan 2008-ci ilin martın 1-i və 2-də istifadə olunduğu ehtimalını dilə gətirmək olar. Bu silahlardan hüquq-mühafizə orqanlarında xidmət etməyən adamlar tərəfindən atəş açılıb”,-deyə cavab verib.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələrinə görə keçmiş baş nazir Ovik Abramyanın qardaşı Henrix Abramyan həbs olunub.

Avqustun 6-ı və 7-də Ambik Gevorkyanın adına rəsmiləşdirilən zavodda aparılan axtarış zamanı 3 əl pulemyotu, 7 avtomat, 3 Draqunov snayper tüfəngi, 3 tüfəng, 2 tapança və çoxlu sayda patron aşkar edilərək götürülüb.

Ðо Ð´ÐµÐ»Ñ Â«1 маÑÑа» в ÐÑмении задеÑжан бÑÐ°Ñ ÑкÑ-пÑемÑеÑ-миниÑÑÑа

Musavat.com

Tarix: 9-08-2018, 17:51
Xəbəri paylaş





Xəbər lenti