Sürətli sığınacaq qərarı: Avropa Birliyinin planı nədir?
Avropa Birliyi (AB) qaçqın qəbulu və yerləşdirməsini yenidən sistemləşdirmək istəyir. AzEuroNews.com xəbər verir ki, bu ilin iyun ayında birlik ölkələrinin toplantısında prezidentlər və baş nazirlər qaçqınlar üçün qoruma mərkəzlərinin yaradılması ilə bağlı yekdil qərara gəldilər. Məqsəd isə, beynəlxalq hüquqa əsasən qorunmağa layiq olan və olmayanı ayırd etmək idi.Nəticədə iki ayrı cür mərkəzin açılması planlaşdırıldı: Avropa Birliyi dövlətlərinin daxilində və sərhədlərindən kənar. Artıq Şimali Afrika ölkələrində belə mərkəzlərin yaradılması planlaşdırılır. Nəticədə dənizdən xilas edilən qaçqınlar heç Avropaya gətirilməyəcək. Həmin mərkəzlərə qaytarılaraq orada qorunacaqlar.
Ancaq Yunanıstandan başqa heç bir ölkə daxilində bir toplama mərkəzi açmağı istəmir. Şimali Afrika ölkələrindən Liviya, Mərakeş və Tunis də bu məsələyə soyuq yanaşır. Eyni zamanda ilk qəbul mərkəzlərinin məsrəflərinin AB büdcəsindən qarşılanması planlaşdırılır.
Son ayların statistikasına baxanda isə, Afrika ölkələrindən Avropaya üz tutanların sayı kəskin azalıb. Buna baxmayaraq Avropa sərhəd qorunması agentliyi olan “Frontex” 2020-ci ilə kimi sərhədlərdə mühafizəni daha da gücləndirməyə qərar verib.
Yeni qanunla sığınacaq istəyənlərin ilk gəldiyi ölkədə işlərinə baxılacaq. Eyni zamanda “Dublin” razılaşmasına görə, miqrantın vizasının olduğu Avropa ölkəsi onu qəbul etmək məcburiyyətində qalacaq.
Artıq Almaniya İspaniya və Yunanıstanla bir anlaşma imzalayıb. Həmin anlaşmaya görə, sözügdən ölkələrədə qeydə alınalar sonradan Almaniyaya gəldikdən sonra 48 saat içində həmin ölkələrə qaytarılacaqlar.
Tarix: 12-08-2018, 09:09