ABŞ gələn il müdafiəyə ölkə tarixi üçün rekord hesab ediləcək qədər vəsait xərcləyəcək. Belə ki, bu ölkənin hərbi büdcəsi tarixi maksimum həddinə çatıb - 716 milyard dollar.
Cebhe.info xəbər verir ki, bu, cari ildəkindən 24 milyard dollar artıqdır.
Vəsaitin bölgüsünə gəlincə, ordunun tərkibinin geniləndirilməsi, Hərbi Hava Qüvvələrinin yenilənməsi, Kosmik Komandanlığın yaradılması və hətta Ukraynaya raket əleyhinə sistemin alınmasına da bu siyahıdadır.
Sonuncu məqsəd üçün 250 milyon dollar ayrılıb. Sənədi isə ABŞ prezidenti imzalayıb.
Gələn ilin payızında ordunun şəxsi heyəti 16 min nəfər artacaq. Hərbi Hava Qüvvələrinin yenilənməsi üçün 40 milyard sərf ediləcək.
ABŞ-ın rəqibləri sırasında Çin, İran, Şimali Koreya və Rusiya var.