FBI-dan qorxulu dollar açıqlaması - Hücum gözlənilir

 ABŞ Federal Təhqiqat Bürosu (FBI) ATM-lərə kiber-hücumlar ola biləcəyini və milyonlarla dolların oğurlanacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, kiber təhlükəsizlik eksperti Brian Krebsin hazırladığı hesabatda kiber-canilərin hansısa banka hücum edərək dünyanın dörd bir tərəfindən ATM-lərdən sürəti çıxarılmış kartlar vasitəsilə milyonlarla dollar çıxarmağı planlaşdırdıqlarını bildirib.
Hesabatlarda qeyd olunur ki, təhlükəsizlikləri zəif qorunan banklar daha böyük risk altındadırlar.
Tarix: 14-08-2018, 23:03
Xəbəri paylaş





Xəbər lenti