ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə ilə bağlı sərt bəyanat verib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Maykl Pens Tvitter bloqunda paylaşdığı bəyanatında Türkiyəni təhdid edib.
O, rahib Bransonun dərhal azadlığa buraxılmasını tələb edib: “Rahib Branson günahsız bir adamdır, ədalət onun azadlığa buraxlmasını tələb edir. Türkiyə bu məsələdə prezident Trampın nə qədər səbirli və qərarlı olduğunu sınamamalıdır”.
O həmçinin vurğulayıb ki, Branson ABŞ-a evə qayıdana qədər Trampla birlikdə bu məsələdə qətiyyət göstərmək niyyətindədir.
Pens onu da bildirib ki, Tramp xaricdə haqsız həbs edilən bütün amerikalıların ABŞ-a dönmələri məsələsində güzəşt etmək niyyətində deyil.