"Rusların Yaxn Şərqdəki nüfuzu o qədər artıb ki, artıq Qolan təpələrinə də özləri nəzarət edirlər"- “The Telegraph”


“Rusiya hərbi polisi İsrail və Suriya arasındakı silahsız zona sayılan Qolan təpələrinə patrulluq etməyə başlayıb. Bu gəlişmə Moskvanın Yaxın Şərqdə dominantlıq edən güc olaraq özünü təsdiq etdirdiyini göstərir”,- “The Telegraph” qəzetindəki bir məqalədə yazılıb.

Qəzetdə qeyd olunduğuna görə, Rusiya general-leytenantı Sergey Kuralenko rus hərbi polisinin Qolan təpələrində uzun aradan sonra patrulluq etməyə başlayan ilk birlik olduğunu söyləyib. O, minalar istisna olmaqla hərbçilərin həyatı üçün hər hansı təhlükənin olmadığını bildirib. “Bütün hərbsizləşdirilmiş zona nəzarətimz altındadır”, - rus generalı jurnalistlər qarşısında bəyan edib.

Məqalədə qeyd olunduğu kimi, Suriya münaqişəsi başladıqdan bu yana radikal dinçi terrorçular 1974-cü ildən bəri bölgədə patrul fəaliyyəti həyata keçirən BMT sülhməramlılarını sıxışdırıb çıxarıblar. Kuralenkonun söylədiyinə görə, terrorçular BMT postlarını intiharçı dəstələrin tədris mərkəzinə çeviriblərmiş.

Rusiyalı hərbçi əsas vəzifələrinin bölgənin monitorinqinin bərpası zamanı BMT qüvvələrinə kömək etməkdən ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, rusiyalılar xəritədə yeni təhlükəsizlik yolları çəkib və BMT müşahidəçilərini silahsız zonaya müşayiət ediblər.


Məqalədə Rusiya hərbi polisinin bölgədə 4 bazasını olduğunu, Suriya tərəfində isə “Bravo” xətti üzrə 5-ci bazanın açılacağı qeyd olunub.

Kuralenko əlavə edib ki, bütün bu hərəkətlər İsraillə razılaşdırılıb.

“Terrorçularn bir çoxu əhalini arasında itib-batıb. Onları tapmaq isə bizim xüsusi xidmətin işidir”, -deyə general Rusiya kəşfiyyatının agentlərinin radikal müxalifətçi silahlı birləmələrlə mübarizədə kömək göstərdiyinə də işarə vurub.

ÐаÑÑинки по запÑоÑÑ netanyahu putin

Qeyd edək ki, rusların Qolan təpələrinə gəlişi İsrailin istəyi ilə bağlı olub. İranın Suriya-İsrail sərhədində ordu birləşmələrinin toplamasına qarşı çıxan Tel-Əviv çarəni Moskvanın bölgədəki hərbi mövcudluğuna razılıq verməkdə tapıb.

Musavat.com

Tarix: 16-08-2018, 13:51
Xəbəri paylaş





Xəbər lenti