Daha bir ölkədən Türkiyəyə dəstək: 1 milyard dollar…
Qətərdən sonra Çin də Türkiyə iqtisadiyyatına dəstək olacaq addım atıb.Axar.az xəbər verir ki, Çin sərmayəsinin ən güclü qollarından biri sayılan “Alibaba” şirkətlər qrupunun ötən ay satın aldığı “
Trendyol” rəsmi şəkildə bu şirkətin nəzdinə daxil olub.
“Alibaba”dan verilən açıqlamaya görə, gələn aydan etibarən “
Trendyol”a 1 milyard dollara yaxın sərmayə qoymağı planlaşdırır. Şirkətin həmçinin İstanbulda mərkəzinin yaradılması məsələsi də müzakirə edilir.
Tarix: 16-08-2018, 15:56