Ukrayna ilə İsrail arasında azad iqtisadi zona yaradılacaq –XİN rəhbəri açıqladı



Ukrayna və İsrail arasında azad iqtisadi zonanın yaradılması haqqında sazişin bu ilin sonunda imzalanması nəzərdə tutulur.

Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin İsrailin ətraf mühitin qorunması məsələləri üzrə naziri Zeev Elkin ilə görüşündə deyib. Qeyd olunub ki, iki ölkə arasında azad iqtisadi zonanın yaradılması Ukrayna mallarının ixracının artmasına töhfə verəcək. Bundan başqa, iki ölkə arasında idxal rüsumları azaldılacaq, ticarət əməliyyatları artacaq. Bu, Ukrayna mallarının ixracatına yeni imkanlar açacaq. (Azərtac)

Tarix: 17-08-2018, 17:01
Xəbəri paylaş





Xəbər lenti