Türkiyə ABŞ-ın tələbləri ilə razılaşsaydı, nə baş verərdi? - iki rəy


Politoloqlar hesab edirlər ki, ABŞ bu cür sərt tələblərlə Türkiyə dövlətini zəiflətməyə çalışır

ABŞ-la Türkiyə arasında gərginlik davam edir. Gərginliyin yaranmasının əsas tərəfi kimi ABŞ-ın adı hallanır. Belə ki, ABŞ son günlər  Türkiyə qarşısı çox sərt tələblər qoyaraq həbsdə olan keşiş Bronsonun azad olunmasını, noyabra qədər neft alışının dayandırılmasına dair İranla əlaqələrin kəsilməsini, S-400-lərin alışından imtinanı istəyib, gömrük rüsumlarında artımlar edir.  Rəsmi Ankara isə bütün bu tələbləri yerinə yetirməkdən imtina edərək, Türkiyənin müstəqil ölkə olduğunu, kimsənin köləsi olmadığını bildirir.

Bəs Türkiyə ABŞ-ın tələbləri ilə razılaşsaydı, nə baş verərdi?

“Yeni Müsavat”a danışan Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl bildirib ki, burada konkret olaraq ABŞ-ın Türkiyə dövlətinə qarşı apardığı siyasətdən söhbət gedir:

 

ToÄrul İsmayıl ile ilgili görsel sonucu

“ABŞ-ın bu gün Türkiyəyə yönəltdiyi məsələlər hüquq xaricində, beynəlxalq normalara zidd və bir müstəqil dövləti diz çökdürmək politikasından başqa bir şey deyil. Burada Ərdoğanı sevib-sevməməkdən söhbət getmir. Yanaşma bu cür olmamalıdır. Burada əsas məsələ Türkiyəyə qarşı olan sərt tələblərdən gedir. Bu tələblərin yerinə yetirilməsi isə doğru deyil. İkinci bir tərəfdən isə Trampın Türkiyədən gələn polad  və alüminiumdan olan mallara qarşı iki dəfə vergi artırması da Dünya Ticarət Təşkilatının anlaşmalarına ziddir. Yəni atılan addımlar həm hüquqi baxımdan doğru deyil, həm də ikili dövlət münasibətlərinə sığmır. Çox uzağa getməyək, elə Trampın ”tvit"lərinə baxsaq, məsələ aydın olar.  Tramp açıq şəkildə Türkiyə iqtisadiyyatını zəiflətməyə, Türkiyə lirəsinin dəyərini düşürməyə və qısası, bu ölkəni diz çökdürməyə çalışır. Bir müqayisə də edək, İrana qarşı 3 iddia irəli sürürsə, Türkiyəyə qarşı 8 iddia tələb edir. ABŞ Türkiyədən qeyri-şərtsiz olaraq İrana qarşı sanksiyalara qatılmağı tələb edir. Səbəbi nədir? Digər tərəfdən, Türkiyə ilə İran arasında təbii qaz müqaviləsi var. Hələ 1990-cı illərdə bağlanan müqavilələrə görə, Türkiyə İrandan aldığı qazı istifadə etsə də, etməsə də pulunu ödəməlidir. Sanksiyaya qoşularsa, Türkiyə ciddi şəkildə maddi zərər yaşayacaq. ABŞ isə bu zərəri qarşılamaq fikrində deyil. O zaman Türkiyə nə ölkədir ki, ABŞ hər nə deyirsə, etsin? Bütün bunlar Türkiyəni ciddi şəkildə böhrana sürükləyə bilər. Eyni zamanda ABŞ İrana qarşı atdığı sanksiya addımlarını öz istəyi əsasında edib. Yəni nə BMT-nin, nə də NATO müttəfiqlərinin, Avropa Birliyinin bununla bağlı qərarı yoxdur. Türkiyədən də öz kaprizlərinə qoşulmağı tələb edir. Digər tərəfdən isə qeyri-şərtsiz olaraq rahibin və Türkiyədə kəşfiyyat işlərində təqsirli bilinən insanların da məhkəmə olmadan sərbəst buraxılmasını istəyir. ABŞ eyni addımı atırmı? Xeyr, atmır. Deyir ki, biz hüquq dövlətiyik və burada hüquq üstünlüyü var. Türkiyə də hüquq dövlətidir və burada da hüququn üstünlüyü var".

Politoloq söyləyib ki, Türkiyə qarşısında qoyulan bütün şərtlər ABŞ-ın zorakı istəklərindən başqa bir şey deyil:

“Müstəqil, suveren, iradəsi olan bir dövlət bu addımları atmaz. Bu addımları atacaq olan dövlətlər ancaq və ancaq müstəmləkə olan dövlətlərdir. ABŞ bu gün Türkiyə üzərində öz hakimiyyətini qurmağa çalışır. Deyir ki, Rusiyadan S-400  alma. Tamam, Türkiyə NATO dövlətidir, ancaq NATO ölkələri Rusiya ilə hərbi ticarətə girirlər axı. Bunu bir kənara qoyaq. Türkiyə ABŞ-dan hava hücumundan müdafiə qüvvələri üçün dəstək istədi, ancaq onlar bunu satmadılar. Belə olan halda Türkiyənin başqa yerdən silah almasına nə üçün bu cür yanaşırlar?  Bu sadəcə olaraq,  Türkiyəyə diktə etməkdir. Türkiyə müstəqil dövlətdir və istədiyi dövlətlərlə də əməkdaşlıq edə bilər. Ərdoğan olmasaydı, başqa biri prezident olsaydı belə, eyni addımı atardı. Burada müxalifət və ya iqtidar məsələsi yoxdur. ABŞ-ın bu qarşıdurmanı qızışdırmaqda rolu çox böyükdür. Hansı bir dövlət qonşu ərazisində, özünün terrorist saydığı qrupların dövlət qurmasına icazə verər? ABŞ icazə verərmi ki, sərhədinin yanında hansısa İŞİD kimi terrorçu dövlət qurulsun? Əsla imkan verməz və deyər ki, bu mənim beynəlxalq təhlükəsizlik sistemimə zidd hərəkətdir. Türkiyənin terrorist saydığı qruplara ABŞ Suriyada dəstək verib, onlara dövlət yaratmağa çalışır. Amerika öz müttəfiqini deyil, Türkiyənin terrorist saydığı qrupları silahlandırdı. Bu da Türkiyənin milli təhlükəsizliyinə zidd olan bir addımdır. İqtidarda kim olsa belə, buna izin verməz. Məsələ bax budur”.

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ərdoğan ABŞ-ın dediklərini yerinə yetirsəydi, Türkiyənin dünyada olan nüfuzuna böyük zərbə dəyərdi: “Ərdoğan artıq elə yolu qət edib ki, o, geri addım ata bilməz. İrəlidə isə onu zəfərmi, acımı gözləyir, bunu söyləyə bilmərik. Əslində rahib məsələsində Türkiyə Amerikaya güzəşt etmişdi. Bəs rahibi ev dustaqlığına buraxmaq nə deməkdir? Təəssüf  olsun ki, Tramp bunu güzəşt kimi qəbul etmək əvəzinə Türkiyənin üzərinə gedib, ultimatumlarla danışmağa başladı. Bu adam anlamadı ki, Ərdoğanla belə danışmaq olmaz. Ərdoğan Putin Rusiyasının qırıcısını vuran bir dövlət lideridir. Yəni belə bir liderlərlə istədiyin tonda danışa bilməzsən. Görünür, ABŞ hələ də elə düşünür ki, Türkiyə əvvəlki dövlətdir. Hansı ki, bunların iki generalı gəlib tapşırıqlarını verir, Türkiyə rəhbərliyi də bunu icra edir. Nə vaxta qədər ABŞ bunu anlamayacaq, hər zaman Türkiyə məsələsində uğursuzluğa düçar olacaq. Artıq Türkiyə lirəsi də stabilləşir. Ancaq ABŞ bu hərəkəti ilə bütün dünyanı öz qarşısına aldı. Avropa, Almaniya Türkiyənin tərəfini tutdu. ABŞ bütün dünyanı dollarla şantaj edir. Dünya ölkələri də bunu yaxşı başa düşürlər. Düşünürlər ki, bu gün ABŞ bizi dollarla şantaj edirsə, sabah günümüzü düşünməliyik və dollara alternativ valyuta tapmalıyıq. Məncə, ABŞ bu hərəkəti ilə itirir. 3 gün ərzində ABŞ Türkiyə ilə çəkişməsində milyardlarla dollar itirdi. Yaxşı olar ki, Tramp və onu kürsüyə gətirən yəhudi elitası bir İsrailə görə bütün dünyanı öz qarşısına almasınlar və Türkiyəyə qarşı ”səlib yürüşü"nü bitirsinlər. Bu savaşda düşünürəm ki, ABŞ itirən tərəf olaraq çıxacaq".

Əli RAİS

Tarix: 21-08-2018, 10:45
Xəbəri paylaş





Xəbər lenti