Əgər Rusiya xarici siyasətini dəyişməsə, ona qarşı sanksiyalar daha da sərtləşdiriləcək.
Cebhe.info xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müşaviri Uess Mitçell çıxış edib. Artıq məlumat Dövlət Departamentinin saytında yer alıb.
Bəyanatda Rusiya hərbi güclə hədələnir.
Dövlət Departamentinin nümayəndəsi ölkəsinin diplomatyasının daha uğurlu olması üçün onu hərbi gücün də müşayət etdiyini xatırladıb. Bu isə Rusiyaya qarşı hərbi hədə kimi qəbul edilib.
Bununla yanaşı departament rəsmisi bildirib ki, Vaşinqton bütün tədbirləri görməsinə baxmayaraq, dialoq üçün qapının açıq olduğunu da Moskvanın diqqətinə çatdırır.
Qeyd edək ki, 21 avqustda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müaşviri Con Bolton da Rusiyanın ünvanına sərt bəyanatla çıxış edib. Bildirib ki, Rusiya Suriyada xeyli ləngiyib, bu isə ona təzyiqlərə imkan yaradır.