Rusiya üç əsas hərbi sferada ABŞ-ı üstələyir.
Publika.az xəbər verir ki, bu haqda “National Interest” nəşrinə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Layza Semp danışıb.
Onun sözlərinə görə, Rusiya ordusu uzaqvuran raket sistemlərinin köməyi ilə “qoruyucu sfera”nın yaradılması, ümumqoşun döyüş və həmçinin kibermüharibə sahələrində ABŞ-a qabaqlayır. Semp qeyd edib ki, ABŞ-ın Rusiyadan geri qalması Mərkəzi və Şərqi Avropasında açıq-aydın görünür.
“Hərçənd bütün Yer kürəsi üzrə Moskvanın Vaşinqtonla rəqabəti şübhəli görünür. Bununla belə, Rusiya ABŞ-ın çağırışlarına və hər hansı regionda onun müttəfiqlərinə cavab vermək üçün müəyyən potensiala və resurslara malikdir”, - ekspert qeyd edib.
Öz növbəsində, ABŞ müdafiə nazirinin köməkçisinin keçmiş müavini Evelina Farkas bildirib ki, Birləşmiş Ştatların fantastik müdafiə büdcəsinə baxmayaraq, Rusiya ordunun moderləşdirilməsini çox savadlı həyata keçirir. Onun sözlərinə görə, Moskva qanadlı raketlər və hava hücumundan müdafiə gücləri kimi strateji sferalarda gücləri artırır. Farkas xəbərdarlıq edib ki, bu sferalar gələcəkdə ABŞ üçün böyük problemlərə gətirib çıxaracaq.