Rusiya ABŞ-a qarşı hərəkətə keçdi


ABŞ-a qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını dolların asılılığından xilas edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, bununla ölkə iqtisadiyyatının dayanıqlığı artmalıdır:

“Rusiya hökumətinin iqtisadi qanadı və Mərkəzi Bank ABŞ-ın düşməncəsinə təxribatlarına qarşı gərəkli addımlar atır. Bunların arasında dövlət borclarına olan investisiyaların azaldılması və qızıl rezervlərində qeyri-dollarda olan aktivlərin payının artırılması kimi məsələlər var”.

Tarix: 24-08-2018, 09:57
Xəbəri paylaş





Xəbər lenti