ABŞ Rusiyaya “dirəniş” göstərəcək II donanmanı bərpa etdi


ABŞ hərbi-dəniz qüvvələrinin II donanmasını bərpa edib.

Oxu.Az-ın məlumatına görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatları komandanı admiral Con Riçardson Norfolkda təntənəli açılışda bəyan edib ki, II donanma Rusiyanın dirçəlməsi fonunda hərəkət etməli olacaq:

“Biz dənizdə rəqabət üstünlüklərimizi və dominantlığımızı qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, ABŞ hərbi-dəniz qüvvələrinin II donanması 1950-ci ildə yaradılıb. Məqsəd “soyuq müharibə” dövründə Şimali Atlantikada SSRİ ilə rəqabətdə üstünlük qazanmaq olub.

Tarix: 24-08-2018, 22:53
Xəbəri paylaş





Xəbər lenti