İrəvanda maşın tapılmadı, Merkelə Sərkisyanın BMW-ni ayırdılar


Ermənistanın dövlət avtoparkında zirehli avtomobillər çatışmadığından Almaniya kansleri Angela Merkeli gəzdirmək üçün prezident Armen Sərkisyanın xidməti avtomobili ayırılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Merkeli Yerevanda prezidentin xidməti “BMW 750” avtomobili ilə qarşılayıblar. Həmin avtomobil Sərkisyanın prezident seçilməsindən sonra dövlət mühafizə Xidməti tərəfindən ona ayrılıb.

“Qraparak” qəzetinin yazdığına görə xidməti avtomobilini Merkelin ixtiyarına verəndən sonra Sərkisyan özünün şəxsi “Cadillac Escalade” avtomobilində gəzib.

Tarix: 25-08-2018, 16:18
Xəbəri paylaş





Xəbər lenti