Amerikalı senator Con Makkeyn vəfat edib


Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə senatorun ofisinin bəyanatında deyilir.

Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.

Tarix: 26-08-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti