Lox-Ness əjdahasından xəbər var – FOTO


Lox-Ness əjdahasının məşhur Şotlandiya gölündə mövcudluğuna dair yeni sübutlar meydana gəlib.

Oxu.Az “The Scottish Sun”a istinadla xəbər verir ki, Kanadadan olan müəllim Linn Lok gölün sularında Lox-Ness əjdahasına bənzər məxluqun fotolarını çəkib. 

O, ailəsi ilə birlikdə Şotlandiyada dincələrkən əjdaha hesab etdiyi məxluqu sahildən təqribən 45 metr kənarda müşahidə edib. 

Hadisə Urkxart qəsri yaxınlığında baş verib. Lox-Ness əjdahasını da tarixən bu ərazidə daha çox görüblər.


Tarix: 26-08-2018, 10:07
Xəbəri paylaş





Xəbər lenti