İqtisadiyyatda balans dəyişəcək: buzlaqlar əridi, yeni dəniz ticarət yolu meydana çıxdı
Hurriyyet.org xəbər verir ki, buzlaqların əriməsi nəticəsində ilk dəfə olaraq şimal dəniz yolundan istifadə edilməyə başlanıb.Dünyanın ən böyük yükdaşıma şirkəti olan “Maersk” (Danimarka şirkəti), tarixdə ilk dəfə konteyner gəmisi ilə qütb dairəsinə səfərə çıxıb. Beləliklə Süveyş kanalından daha az istifadə ediləcək və səfər müddəti 10-15 gün azalacaq. Qlobal isinmə nəticəsində yaranan yeni dəniz yolundan ən çox mənfəət götürən ölkələrdən biri də Rusiya olacaq.
Süveyş kanalına alternativ?Şimal dənizi yolunun Şərqi Asiya ilə Avropa arasındakı yolu xeyli qısaltması iki qitə arasındakı ticarəti intensivləşdirə bilər. Bəzi mütəxəssislər bu istiqamətin qlobal nəqliyyat arteriyasına çevrilib Misirin Süveyş kanalına alternativ ola biləcəyini düşünürlər. Lakin “Maersk” şirkətinin mətbuat xidməti bu yolun hazırda alternativə çevilmədiyini, hələlik ilin yalnız 3 ayında istifadəyə yararlı olduğunu bildirib.
Rusiya nümayəndələri isə yeni nəsil buzqıran gəmilərin sayəsində, 2020-ci illərdən etibarən bu yoldan ilin 12 ayında açıq qalmasını təmin edə biləcəklərini bəyan ediblər.
Süveyş kanalından keçən Şərqi Asiya-Avropa xətti yeni istiqamət sayəsində 21 000 kilometrdən 12 800 kilometrə düşə və tranzit müddətini 10-15 gün qısalda bilər.
Siam.az
Tarix: 26-08-2018, 15:39