Kişineuda minlərlə insan mitinq keçirib


Moldovanın paytaxtı Kişineuda 15 minə yaxın insan hökumət əleyhinə mitinq keçirib.

 

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, aksiyaçılar hakimiyyətin siyasətinə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyası Avropayönümlü müxalifət partiyaları tərəfindən təşkil olunub.

 

Mitinqdə Moldova və Avropa İttifaqının bayraqları dalğalandırılıb. Etiraz aksiyası zamanı hər hansı insident qeydə alınmayıb.

Tarix: 26-08-2018, 22:42
Xəbəri paylaş





Xəbər lenti