Evsiz adam üçün 400 min dollar toplayan qadın pulları sevgilisi ilə xərclədi - FOTO






ABŞ-da evsiz adam üçün internetdə yardım kampaniyası başladan qadının toplanan puları sevgilisi ilə xərclədiyi bildirilib. 

Moderator.az xəbər verir ki, kampaniya başladan qadın Filadelfiyada yoxuş çıxarkən benzini bitib və yolda qalıb. Bunu görən yol kənarında yaşayan evsiz bir adam qadına köməyə gəlib. Xeyirxah adam qadına avtomobilin qapılarını bağlamasını və onu orada gözləməsini deyib. Adam cibindəki son 20 dollarla bir bidon benzin alaraq qadının yanına qayıdıb. 

Qadın çox təsirləndiyi bu hadisədən sonra evsiz adama səhər yeməyi, yun corab və bir az pul verib. Bununla da kifayətlənməyib adamı körpü altında yatmaqdan xilas etmək üçün internetdə bir yardım kampaniyası başladıb.
 
Əvvəlcə qadının hədəfi evsiz adam üçün 10 min dollar toplamaq olub. Ancaq bu vəziyyətdən bütün ölkə xəbərdar olduqdan sonra kampaniyaya maraq artıb, və bir neçə ay ərzində 400 min dollara pul toplanıb.
Toplanan pullarla adama ev və lüks model bir avtomobil alınması planlaşdırılırdı. Ancaq cütlük evsiz adama bunun əvəzinə yaşamaq üçün bir vaqon, köhnə bir avtomobil, televizor, iki mobil telefon, geyim və  yemək alıblar. 

Qalan 200 min dolları da öz hesablarına keçirərək adamın iş tapması və narkotik asılılığından xilas olmasından sonra pulu ona geri qaytaracaqlarını deyiblər. Ancaq Amerika mətbuatı toplanan pulların başqa məqsədlər üçün istifadə edildiyinə dair məlumatlar toplayıb. 
 
Qeyd edək ki, cütlüyün BMW markalı bir avtomobil aldıqları, Florida, Kaliforniya və Las-veqasda istirahət etdikləri, həmçinin  qumar oynadıqları irəli sürülərək cinayət işi açılacağı bildirilib.
Tarix: 27-08-2018, 21:11
Xəbəri paylaş





Xəbər lenti