Cənubi Koreya «şok»a düşüb…

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreya tərəfi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana səfərini ləğv etməsi barədə yayılan xəbərdən «şok» keçirib.
«CNN»-nin xəbər verdiyi kimi, Tramp bu barədə yazını öz «Tvitter»ində yerləşdirən kimi, Seul dərhal bundan xəbər tutub.
Bu zaman səfərin ləğvi barədə Pompeonun idarəsi özü də məlumatsız olub. Dövlət Departamentinin əməkdaşları Trampın qərarının elan olunmasına 10 dəqiqə qalmışa qədər iclas keçiriblər və öz rəhbərlərinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfərinə hazırlıq işlərini müzakirə ediblər.
Bu ərəfədə, Tramp bəyan edib ki, Şimali Koreyada denuklearizasiya prosesinin ləng getməsindən məyus olub və bu səbəbdən də Pompeonun KXDR-a səfərinin vaxtı hələ çatmayıb.
Tarix: 28-08-2018, 07:51
Xəbəri paylaş





Xəbər lenti