Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı diktatura və tirançılıq yolunu seçməkdə ittiham edib.
Avropa.info xəbər verir ki, vitse-spiker E. Şarmazanov Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı mövqeyini bildirib. Şarmazanov parlamentin baş nazir Paşinyana qarşı olduğunu deyib.
“Parlament 2022-ci ilədək seçilib. Növbədənkənar seçkilərin keçirilməsi siyası qüvvələrdən, xarici və daxili çağırışlardan asılıdır. Ona görə də mən bununla bağlı hər hansı fikir söyləyə bilmərəm”- vitse-spiker vurğulayıb.
Parlamentin spikeri Ara Babloyanla baş nazir Nikol Paşinyan arasında baş tutan görüş barədə mövqeyini açqılayan E. Şarmazanov deyib ki, bu görüş bir daha parlamentin hakimiyyətin əlində oyuncaq olmadığını sübut edib:
“Bu qanunverici orqan olaraq, hakimiyyətin ayrıca qoludur və nazirlər kabinetinin tərəfdaşıdır. Biz heç kimə deputatları barmaqla hədələməsinə imkan vermərik ki, şantaj yolu ilə ilə öz şəxsi məqsədlərini reallaşdırsın”.
Bununla belə o hakimiyyətin istənilən qolu ilə dialoq hazır olduqlarını bəyan edərək, bunun üçün hələ də imkanların itmədiyini bildirib. Hakimiyyətin fəaliyyətini kəskin tənqid edən vitse-spiker deyib ki, Nikol Paşinyan idarəetmədə diktatura və istibdab, tirançılıq yolunu seçib.