Bervin dağlarında qəzaya uğrayan yadplanetli gəmi - 44 illik sirr - FOTO

1974-cü ilin 23 yanvar tarixində Şimali Uelsin Bervin dağlarında naməlum uçan obyekt qəzaya uğrayır.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
Llandderfel və Llandrillo kəndlərinin sakini axşam saatlarında evdə olanda yer-göy silkələndi və böyük partlayış səsi eşidildi. Partlayışdan sonra 3.5 bal gücündə zəlzələ baş verdi. İnsanlar küçələrə axışdılar və dağın yamacında alov gördülər. Yerli xəstəxananın tibb bacısı elə bilib ki, təyyarə dağa çırpılıb və öz avtomobili ilə hadisə yerinə yola düşüb. Amma o, dağın yamacında yanıb-sönən qırmızı və narıncı işıqlar görüb. Tezliklə polis ərazini mühasirəyə alıb və rəsmi heç bir məkumat verilməyib.
2010-cu ildə tibb bacısı Pat Evans müsahibə verdi:
"Dağın yamacında qəribə obyekt gördüm. Obyekt ora ancaq havadan düşə bilərdi. Bu isə UNO-dan başqa heç nə ola bilməz. Mən onun uçub gəldiyini və endiyini gördüm".
Kənd sakinləri isə yanıb-sönən alovlu şar gördüklərini deyiblər.
Rəsmi olaraq zəlzələ versiyası səsləndirilib. Amma son 44 il ərzində səmada o gün UNO gördüyünü deyən çoxlu insan olub. UNO partlayışdan əvvəl müşahidə edilib.Şimali Uelsin Trefi kəndinin sakini Enn Ouenn hadisədən bir müddət əvvəl iki ev alaraq ailəsi ilə oraya yerləşib. Evlər təmir edilənə qədər ailə treylerdə yaşayıb.
1974-cü ilin 23 yanvar gecəsi ailənin atı özünü narahat hiss edib. Nəsə onu bərk qorxutmuşdu:
"Biz bu zaman səmada ağ cisim gördük. Bu, ağ şar idi. Hava qaranlıq olduğu üçün onun ölçülərini dəqiq görə bilmədik. Birdən güclü partlayış baş verdi və şar yoxa çıxdı. Biz nə baş verdiyini biımədik. Sonra isə səhər açılanda o ərazidə ağacların yoxa çıxdığını gördük. Sonra isə daha da qəribə şeylər baş verdi. Qonşuluqda yaşayan yaşlı qadın gəldi və dedi ki, gecə güclü partlayış baş verib. Pəncərədən baxanda kiçik adamlar görüb. Əvvəlcə, o, onların hərbçi olduğunu düşünüb. Sonra isə bir metr boyu, qara paltarlı qəribə məxluqlar görüb".
Sonra Enn bildirib ki, Kardiff universitetindən gələn tədqiqatçılar kökündən qoparılmış ağacların fotosunu çəkiblər. Ağacların yanında isə ağ rəngli, silindir formalı UNO olub.
Siam.az
Tarix: 31-08-2018, 08:38