Rusiya Şimali Koreya ilə bağlı məruzəyə veto qoydu MDB


Rusiya Şimali Koreya ilə bağlı məruzəyə veto qoydu

Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreya ilə bağlı 1718 saylı Sanksiyalar Komitəsinin (BMT tərəfindən qəbul edilən sanksiyalara riayət edilməsinə nəzarəti həyata keçirir - red.) məruzəsinə veto qoyub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya jurnalistlərə bildirib.

Daimi nümayəndə detalları dəqiqləşdirməyib. O, bunu məruzənin hələ dərc edilməməsi və hələlik məxfi olması ilə izah edib. Nebenzya həmçinin əlavə edib ki, Rusiya və bir sıra başqa ölkələr komitədən informasiyaların internet və KİV-ə müntəzəm sızmasından ciddi narahatdır.

Tarix: 31-08-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti