Rusiya rəsmən bəyan etdi: “GƏMİLƏR VƏ TƏYYARƏLƏR QƏTİYYƏN YAXINLAŞMASIN”
Rusiya Hərbi Dəniz Donanmasının komandiri Vladimir Korolyov, Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının Aralıq dənizində təlim keçirəcəyi bölgələrin gəmilər və uçuşlar üçün müvəqqəti olaraq təhlükəli elan edildiyini bildirib.Vladimir Korolyov deyib:
“1-8 sentyabr tarixləri arasında Aralıq dənizində Rusiyanın müasir tarixində ilk dəfə Hərbi Dəniz Donanması və Hava Qüvvələri Birliklərinin təlimləri keçiriləcək. Bu təlimə Şimal, Baltik, Qaradəniz və Xəzər donanmaları və uzaq məsafə təyyarələri daxil ediləcək”.Təlimlərdə iştirak edəcək Şimal və Baltik donanmalarının gəmiləri donanmalar arası keçidi həyata keçirərək 4500 mil məsafə qət ediblər. Xəzər donanması gəmiləri Volqa-Don kanalından keçiblər.
Baltik donanmasına məxsus “Yaroslav Mudrıy” gəmisi təlim sahəsinə dəniz quldurluğu ilə mübarizə vəzifəsini icra elədiyi Qırmızı dənizdən gəlib.
Təlimdə 26 hərbi gəmi, 34 təyyarə və vertolyot iştirak edəcək.
Hurriyyet.org
Tarix: 31-08-2018, 23:59